Dünya bazarında neftin ucuzlaşmasının səbəbi onun həddindən artıq istehsalı və Çində müşahidə olunan iqtisadi artım tempinin azalmasıdır. Dünya bazarında neftin ucuzlaşmasının səbəbi onun həddindən artıq istehsalı və Çində müşahidə olunan iqtisadi artım tempinin azalmasıdır.

Putindən neftin ucuzlaşması ilə bağlı - Açıqlama

Dünya bazarında neftin ucuzlaşmasının səbəbi onun həddindən artıq istehsalı və Çində müşahidə olunan iqtisadi artım tempinin azalmasıdır.


AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin "Ümumrusiya xalq cəbhəsi"nin regionlararası forumunda çıxış edərkən bəyan edib.

"Çin bizim dostumuz və tərəfdaşımızdır. Lakin son zamanlar bu ölkə ciddi iqtisadi problemlərlə üzləşib", deyə V.Putin bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının həcmi azalmaqda davam edir: "Bu gün yaşanan çətinliklərin səbəblərindən biri neftin həddən artıq istehsal edilməsidir".