- Qayıdış
- 28 Oktyabr 2020 12:00
- 2 693
Tanınmış bloqqer Azərbaycandan video hazırladı
Ruhi Çenet cəbhə bölgəsinə gedərək əsgərlərlə söhbət edib
Məşhur türk bloqqer Ruhi Çenet Azərbaycana gəlib.
AzNews.az xəbər verir ki, sosial şəbəkə fenomeni ilk olaraq Ermənistanın terror törətdiyi Gəncə şəhərinə gedərək həmin gecə zərər çəkən ailələrlə görüşüb.
Ruhi Çenet daha sonra cəbhə bölgəsinə gedərək əsgərlərlə söhbət edib.
Qeyd edək ki, bütün bunları “Youtube” kanalı vasitəsilə yayan Çenetin 5 milyona yaxın izləyicisi var. Artıq videonu yarım milyondan çox adam izləyib.
Səidə
AzNews.az