- Qayıdış
- 7 Noyabr 2020 09:37
- 2 027
Seyran Ohanyanın oğlu da Qarabağda yaralanıb
O, yaralanıb, indi xəstəxanaların birindədir
Dağlıq Qarabağda döyüşlərin gedişində Ermənistanın sabiq müdafiə naziri, general-polkovnik Seyran Ohanyanın oğlu Artur da yaralanıb.
AzNews.az “Vestnik Kavkaza”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Karen Mejlumyan bildirib.
“O, yaralanıb, indi xəstəxanaların birindədir. Digər detalları deyə bilmərəm”, - Mejlumyan məlumatlandırıb.
Daha əvvəl Arturun atası Seyran Ohanyanın ağır yaralanması barədə xəbər verilmişdi.