- Qayıdış
- 22 Noyabr 2020 15:07
- 1 954
Səfirlər, hərbi attaşelər Füzulidə - Yenilənib
Prezidentin köməkçisi bildirib ki, səfərdə 120-dən artıq diplomat iştirak edir
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında ölkəmizdə akkreditasiya olmuş xarici ölkələrin səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və hərbi attaşelərin işğaldan azad olunmuş Füzuliyə səfəri təşkil olunur.
AzNews.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Tvitter hesabında yazıb.
Prezidentin köməkçisi bildirib ki, səfərdə 120-dən artıq diplomat iştirak edir.
***
Diplomatları və hərbi attaşeləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov və başqa rəsmi şəxslər müşayiət ediblər.
Diplomatlar Füzuli şəhərində Ermənistanın törətdiyi müharibə cinayətlərinin ağır nəticələri ilə tanış olublar. Onlar Füzuli şəhərində ermənilərin 27 il ərzində törətdikləri vəhşilikləri, vandalizmi öz gözləri ilə görüblər.
Məlumat verilib ki, ermənilər Füzulidə yaşayış məntəqələrini, qəbiristanlıqları, tarixi, mədəni abidələri vəhşicəsinə dağıdıblar.