- Qayıdış
- 23 Noyabr 2020 11:15
- 4 301
"Biabırçı kapitulyasiyadan sonra heç kim bizə hörmət etmir"

"Biz geosiyasi appendisitə çevriləcəyik"
Biabırçı kapitulyasiyadan sonra bizə heç kim hörmət etmir.
Erməni KİV-lərinin yaydığı məlumata görə, bunu Ermənistanın müxalif "Respublika" partiyasının sədr müavini Armen Aşotyan öz “Facebook” səhifəsində yazıb.
O bildirib ki, bu sənəddən sonra bütün dünyanın Ermənistana yazığı gəlir: “Biz ayağa qalxa bilərik, amma bunun üçün ilk addım hazırkı xuntanı aradan qaldırmaqdır. Əks halda biz geosiyasi appendisitə çevriləcəyik”.
AzNews.az