- Qayıdış
- 2 Fevral 2022 18:53
- 5 064
Ermənistanla Türkiyə arasında aviareyslər başlayıb
Ermənistanın “Flyone Armenia” aviadaşıyıcısı İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu həyata keçirib
Ermənistanla Türkiyə arasında birbaşa uçuşlar bərpa edilib.
Aznews.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, Ermənistanın “Flyone Armenia” aviadaşıyıcısı İrəvan-İstanbul-İrəvan marşrutu üzrə ilk uçuşu həyata keçirib.
Yerli vaxtla saat 18:00-da "Flyone Armenia" aviaşirkətinin gerçəkləşdirdiyi reyslə 65 sərnişin İrəvandakı Zvartnots hava limanından İstanbula yola düşüb.