- Qayıdış
- 23 Fevral 2023 17:19
- 4 131
Azərbaycan XİN: "Xocalı soyqırımı Ermənistanın tarixində qara ləkədir"

"Biz Xocalı soyqırımını törədənlərin Beynəlxalq Ədalət Məhkəməsinə verilməsi üçün çalışırıq".
Aznews.az xəbər verir ki, bu sözləri Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş könüllülər arasında esse müsabiqəsinin təltifetmə mərasimində xarici işlər nazirinin müavini Xələf Xələfov söyləyib.
Xocalı soyqırımının Ermənistanın tarixində qara ləkə olduğunu söyləyən nazir müavini deyib: "Biz regionda sülhün bərqərar olması üçün bütün addımları atırıq. Azərbaycanın sülh siyasəti qalib gələcək".