MN: Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik

Azərbaycan Müdafiə Nazirliyi (MN) Ermənistan tərəfinin yaydığı məlumatı qəti şəkildə təkzib edib.

Bu barədə nazirlikdən bildirilib.

"İyunun 27-si saat 13:15 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Arazdəyən istiqamətində zavodun atəşə tutulması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik", - məlumatda qeyd edilib.