"Yekun razılığa gəlmək üçün bir görüş kifayət etmir" -Elçin Əmirbəyov

Dağlıq Qarabağ ermənilərinin Azərbaycan nümayəndələri ilə görüşü sülh müqaviləsinin bağlanmasına səbəb ola bilər.

Aznews.az xəbər verir ki, bunu görüş başa çatdıqdan sonra "Sky News Arabia"ya Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.

“Görüşdə Qarabağ ermənilərinin reinteqrasiyası formatları müzakirə olunub. Düşünürük ki, bu dialoq Ermənistan və Azərbaycan arasında sülh prosesinə müsbət təsir göstərə bilər. İki ölkə onilliklər boyu davam edən böhrana və düşmənçiliyə son qoyacaq sülh müqaviləsini müzakirə etməyə başlayıb”, - deyə o, bildirib .

Eyni zamanda, o qeyd edib ki, yekun razılığa gəlmək üçün bir görüş kifayət etmir.

Mövsüm