- Qayıdış
- 21 Sentyabr 2023 21:19
- 10 782
MN: Yaralı erməni qadın hərbi hospitala təxliyə edilib - VİDEO
Sentyabrın 21-də Xocavənd rayonu ərazisində yaralı erməni qadın Azərbaycan Ordusunun hərbi qulluqçularına yaxınlaşaraq onlardan yardım istəyib.
Aznews.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən xəbərə görə, hərbi qulluqçularımız dərhal yaralı qadına ilkin tibbi yardım göstərərək onu yaxınlıqdakı hərbi hospitala təxliyə edib.
Peşəkar hərbi həkimlərimiz tərəfindən erməni əsilli sakin cərrahi əməliyyat olunub. Hazırda vəziyyəti yaxşıdır.