- Qayıdış
- 22 Sentyabr 2023 01:33
- 7 509
Burak Akçapar: "Antiterror tədbirləri Azərbaycanın həm də vətəndaşları qarşısında öhdəliyidir"
Son 3 ildə Ermənistan Üçtərəfli Bəyannamənin icrasını təmin etmədi. Eyni zamanda Xankəndidəki separatçı strukturlar davamlı şəkildə Azərbaycan əhalisinə qarşı mina terrorunu davam etdirirdi. Digər tərəfdən Azərbaycanın dialoq təşəbbüslərinə, Qarabağda yaşayan erməniəsilli şəxslərin reinteqrasiya məsələsinə, həmçinin Ağdam-Xankəndi yolunun açılması təklifinə rədd cavabı gəldi.
AzNews.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər nazirinin müavini Burak Akçapar BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasındakı çıxışında bildirib.
O həmçinin əlavə edib ki, Ermənistan davamlı şəkildə yanlış və əsassız, substantiv olmayan məlumatlar yayırdı: "Bu şəkildə sülh və sabitlik qurulmur. Danışıqlar masasında prosesi ciddi və səmimi niyyətlə təmin etmək lazımdır. 3 il bu proseslərdən əziyyət çəkən Azərbaycanın başqa yolu yox idi. Rəsmi Bakı öz sabitliyini təmin etmək üçün qeyri-qanuni qruplaşmalara qarşı antiterror tədbirlərinə başladı. Bu, Azərbaycanın sadəcə suveren hüququ deyil, həm də vətəndaşları qarşısında öhdəliyidir. Azərbaycanda 2 ayrı mina partlayışında 7 insan həyatını itirdi. Bu, şiddətli bir təxribatdır".
Nazir müavini həmçinin qeyd edib ki, Türkiyə Qarabağ erməniləri ilə Azərbaycan nümayəndə heyəti arasında sentyabrın 21-də baş tutan görüşü alqışlayır: "İnanırıq ki, bu, sülh prosesini sürətləndirəcək".
Pərvanə