Xocalıda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başa çatıb - YENİLƏNİB

Sentyabrın 25-də Xocalı şəhərində Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədovun Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə növbəti görüşü başa çatıb.

Lokal xarakterli antiterror tədbirlərindən sonra ilk danışıqlar sentyabrın 21-də Yevlax şəhərində keçirilmişdi.

13:21

Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başlayıb.

Görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxsi Ramin Məmmədov və Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri iştirak edirlər.