- Qayıdış
- 26 Sentyabr 2023 13:50
- 4 369
Qarabağın erməni sakinləri üçün 30 ton benzin, 34 ton dizel yola salınıb - YENİLƏNİB
2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin, ilk növbədə, bağçaların, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin yanacaq-sürtkü materialları ilə təmin edilməsinə dair xahişinə uyğun olaraq, sentyabrın 26-da Ağdam-Əsgəran-Xankəndi yolu vasitəsilə 30 ton benzin, 34 ton dizel yola salınıb.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məlumatında deyilir.
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus 2 nəqliyyat vasitəsi ilə Qarabağın erməniəsilli sakinləri üçün yanacaq göndərilib.
Yük avtomobilləri Ağdam-Əsgəran-Xankəndi yolu ilə yola salınıb.
Yük avtomobillərində 30 ton Aİ-92 markalı benzin, 34 ton dizel yanacağı aparılıb.
Qeyd edək ki, yanacaq 2023-cü il sentyabrın 21-də Yevlax şəhərində keçirilmiş görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrinin xahişinə uyğun olaraq göndərilib.