- Qayıdış
- 11:49
- 1 161
Xocalı şəhəri və Ballıca kəndinə növbəti köç karvanı yola salınıb

Xocalı şəhərinə və rayonun Ballıca kəndinə növbəti köç karvanı yola salınıb.
Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Xocalı şəhərinə 1 ailə (5 nəfər), Ballıca kəndinə isə 8 ailə (29) nəfər köçürülüb.
Qeyd edək ki, indiyədək Xocalı şəhərinə 85 ailə (341 nəfər), Ballıca kəndinə isə 172 ailə (811) nəfər köç edib.c
AzNews.az