Laçın məktəblərində möhtəşəm tədbir - FOTOLAR

Laçın rayonunda yerləşən ümumi təhsil müəssisələrinin iştirakı ilə "Konstitusiya və suverenlik ili"nə həsr olunan müxtəlif idman növləri üzrə yarışlar keçirilib.

Yarışlar Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Şərqi Zəngəzur Regional Təhsil İdarəsi və Şərqi Zəngəzur Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Futbol, voleybol, dama, kəndirlə mübarizə və basketbol idman növləri üzrə təşkil olunan yarışlarda Laçın şəhəri 2 nömrəli, Ədalət Məmmədov adına Zabux kənd və Sus kənd tam orta ümumtəhsil məktəblərinin şagirdləri iştirak ediblər.

Qeyd edək ki, yarışların sonunda qalib komandalar medal və diplomlarla təltif olunublar.

AzNews.az

image description image description image description image description image description image description