- Qayıdış
- 28 May 06:18
- 2 614
Prezidentin yenidən qurduğu Bəylik kəndi - ARAYIŞ

2025-ci il mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunun Bəylik kəndinin açılışında iştirak etmişdir. İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad edilmiş bu kənddə genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilmişdir. Açılış zamanı Prezident İlham Əliyev kənddə yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə də tanış olmuşdur. Bu tədbirlər "Böyük Qayıdış" proqramı çərçivəsində icra olunaraq, kəndin sosial və iqtisadi inkişafına xüsusi diqqət yetirilmişdir.
Tarixi və toponimikası
Bəylik kəndi Laçın rayonunun Zabux inzibati ərazi dairəsində yerləşir. Kəndin adı "bəy" (titul) və "-lik" (mənsubiyyət bildirən şəkilçi) sözlərindən yaranaraq, "bəyə məxsus kənd" mənasını verir. Tarixən kənddə heyvandarlıq əsas təsərrüfat sahəsi olmuşdur.
Qayıdış və yenidənqurma
İşğaldan azad edilməsindən sonra Bəylik kəndində hərtərəfli bərpa işləri aparılmışdır. Yenidənqurma çərçivəsində:
- Kəndin daxili yolları asfaltlanmış;
- Elektrik, qaz və su xətləri çəkilmiş;
- Rabitə infrastrukturu yenidən qurulmuşdur.
Bundan əlavə, kəndin sakinlərinin məşğulluğunu təmin etmək məqsədilə müasir iqtisadi obyektlər istifadəyə verilmişdir.
Yeni evlər
Tamamilə yenidən tikilən kəndə ümumilikdə 90 ailə – 360 nəfərin köçürülməsi nəzərdə tutulur. Kəndin ümumi ərazisi 29,6 hektardır və burada 91 fərdi ev inşa edilmişdir. Evlərdən:
- 13-ü ikiotaqlı,
- 50-si üçotaqlı,
- 15-i dördlü,
- 13-ü isə beşotaqlıdır.
Bu evlər müasir tələblərə cavab verir və sakinlərin rahat yaşaması üçün hər cür şəraitlə təchiz edilmişdir.
Sosial infrastruktur
Bəylik kəndində sakinlərin sosial həyatını zənginləşdirmək üçün klub-icma mərkəzi inşa edilmişdir. Burada müxtəlif dərnəklərin fəaliyyəti, eləcə də əlamətdar günlərdə tədbirlərin keçirilməsi üçün şərait yaradılmışdır. Kəndin abadlaşdırılması ilə yanaşı, sakinlərin rahat yaşayışı və təhlükəsizliyi təmin edilmişdir.
Firəvan gələcək
Bəylik kəndinin bərpası? sakinlərin geri qayıdışı və burada sosial-məişət şəraitinin yaradılması Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı inkişaf prosesinin bir hissəsidir. Bu tədbirlər bölgənin gələcəkdə firavan və sabit inkişafını təmin etməyi hədəfləyir.
AzNews.az