- Qayıdış
- 14:12
- 894
Növbəti köç karvanı Hadrut qəsəbəsinə çatıb - FOTO
Dekabrın 26-da Hadrut qəsəbəsinə növbəti köç olub.
Aznews.az xəbər verir ki, bu mərhələdə Hadrut qəsəbəsinə köçürülən 51 nəfərdən ibarət 13 ailəyə mənzillərin açarları təqdim edilib.
Onlar respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.