Rusiya Kalininqrad vilayətində yerləşən nüvə silahı obyektlərini modernləşdirir. Rusiya Kalininqrad vilayətində yerləşən nüvə silahı obyektlərini modernləşdirir.

Rusiyanın nüvə silahı obyektləri “dirilir”

Rusiya Kalininqrad vilayətində yerləşən nüvə silahı obyektlərini modernləşdirir.

Bu barədə CNN-in məlumatında deyilir.

Bildirilir ki, Primorsk şəhəri yaxınlığında yerləşən 40-dək bunkerdə tikinti işləri aparılır, habelə Baltik donanmanın dəniz aviasiyası təyyarələrinin yerləşdiyi hərbi bazanın girişində yol infrastrukturu yaradılır.

Həmçinin fevral ayında “İsgəndər” raket komplekslərinin gətirildiyi Çernyaxovsk rayonunda aktivlik müşahidə olunur.

CNN ImageSat International şirkətinin peykdən çəkilən şəkillərini analiz etdikdən sonra belə nəticəyə gəlib.

ABŞ Hərbi-Dəniz Qüvvələrinin Avropa və Afrikadakı komandanı Ceyms Foqqo CNN-ə açıqlamasında bildirib ki, Rusiyanın Kalininqrad vilayətində mövqelərinin gücləndirilməsi NATO-nun qarşısını ala bilməyəcək. (Oxu.Az)

© AzNews.az