Putin ABŞ-a səsləndi - "Cavabını alacaq"

"Rusiya silahların yoxlanılması barəsində hiyləyə əl atır"

Rusiya prezidenti Vladimir Putin ABŞ haqqında sərt açıqlama verib.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Putin bildirib ki, ABŞ nüvə razılaşmasından çəkilərsə, qarşılıq vermək məcburiyyətində qalacağıq.

Qeyd edək ki, ABŞ Rusiyaya nüvə razılaşmasının şərtlərini yerinə yetirmək üçün 60 gün möhlət verib.

ABŞ-ın dövlət katibi Mayk Pompeo isə “Rusiyanın addımları ABŞ-ın və müttəfiqlərinin təhlükəsizliyini hədələyir. Rusiyanın bu mövqeyinə görə ABŞ razılaşmada qalmaq istəmir. Rusiya silahların yoxlanılması barəsində də hiyləyə əl atır, yeni raketlərin mənzili isə Avropaya birbaşa təhdiddir”, - deyib.

Pərvanə Ağazadə

AzNews.az