• Rusiya
  • 4 Yanvar 2019 08:37
  •  772

10 yaşlı qız Putinə yaxınlaşdı və arzusunu dedi - Arzusu nə imiş?

O, bu haqda dəfələrlə Putinə danışmaq istəyib.

Rusiyanın Soçi şəhərinin sakini Kristina Vladimir Putinlə təsadüfən xeyriyyə hokkey matçında görüşüb. O, Rusiya prezidentinə öz arzusu haqda danışıb. Putin isə onun arzusunun həyata keçiriləcəyinə söz verib.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, 10 yaşlı Kristina Ajimova bu yaxınlarda prezident yaxtasında gəzəcək. Bu, onun ən ülvi arzusu olub. O, bu haqda dəfələrlə Putinə danışmaq istəyib.

Ötən ilin iyununda Kristina Vladimir Putinin rəsmini çəkib və bu haqda ölkə başçısına məktub yazıb, ancaq Kremldən ona cavab verməyiblər. Hətta canlı bağlantı zamanı da o, Putinə zəng edə bilməyib. 3-cü dəfə isə onun bəxti gətirib. Buz meydançasının tribunasında Kristina prezidentlə qarşılaşıb.

Putin öz köməkçilərindən birinə göstəriş verib ki, Kristinanın anasının nömrəsini yazsınlar, qıza isə söz verib ki, onun arzusunu həyata keçirəcək.

Qeyd edək ki, Putin hokkey oyunu zamanı tribunada olan uşaqlarla xatirə şəkili çəkdirib.

Babək Göyüş

© AzNews.az

image description