- Rusiya və İran
- 18 Yanvar 2019 00:52
- 2 452
Ukrayna 25 rusiyalını qaytarmağa hazırdır

Luqansk və Donsetsk Xalq Respublikalarına 70-ə yaxın militanı qaytarmağa hazır olduqları bildirilib.
Ukrayna Ali Radasının vitse-spikeri İrina Qeraşenko Kiyevin mühakimə olunan 25 Rusiya vətəndaşını ukraynalı dənizçilərlə dəyişməyə hazır olduğunu bildirib.
Kiyev 19 Ukrayna hərbçisinin geri qaytarılması üçün əlavə olaraq Luqansk və Donsetsk Xalq Respublikalarına 70-ə yaxın militanı qaytarmağa hazırdır. (qafqazinfo)
AzNews.az