Peskov Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü ilə bağlı danışıb. Peskov Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü ilə bağlı danışıb.

Putin bu gün işdən gec çıxacaq - Qonağı var

Peskov Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşü ilə bağlı danışıb.

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü ilə bağlı danışıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Peskov Putinin gününü rus-türk münasibətlərinə ayıracağını, Ərdoğan ilə Suriyadakı məsələlərdən danışacaqlarını bildirib.

Onların əvvəlcə təklikdə, ardınca iş yeməyi formatında görüşlərin rus və türk heyətləri ilə davam edəcəyini qeyd edib:

"Axırda açıqlama verəcəkləri və jurnalistlərin suallarına cavab verəcəkləri mətbuat konfransı təşkil olunacaq. Bu planların çox gec bitəcəyini düşünürük. Putin bu gün işdən gec çıxacaq".

Pərvanə Ağazadə

AzNews.az