Qızıl xəncərlər, qızıl külçələr, masaya düşülmüş kağız pullar, bank kartları ... Qızıl xəncərlər, qızıl külçələr, masaya düşülmüş kağız pullar, bank kartları ...

Həbs olunan senatorun evindən qızıl külçələr tapıldı - VİDEO

Qızıl xəncərlər, qızıl külçələr, masaya düşülmüş kağız pullar, bank kartları ...

Qaraçay-Çərkəz Respublikasının həbs olunan senatorunun evində axtarış aparılıb.

AzNews.az xəbər verir ki, axtarışın görüntüləri Telegramda "Sledak şepnul" kanalında paylaşılıb.

Görüntülərdə qızıl xəncərlər, qızıl külçələr, masaya düşülmüş kağız pullar, bank kartları görmək olar. Həmçinin, videoya Araşukovun evinin interyeri də düşüb.

Qeyd edək ki, ötən gün səhər qaz maqnatı Raul Araşukovun oğlu, Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukovu Federasiya Şurasının iclas zalında həbs ediblər. Onun adı iki qətldə və cinayət qrupunun təşkilatçısı kimi hallanır.

Çərkəzin "Adıq-Has" gənclər hərəkatının başçısı Aslan Jukov 2010-cu ilin martında avtomobilində güllələnib. Ötən ilin sentyabrında isə onu öldürən killer öz ifadəsində qətli 1 milyon rubla (25.800 manat) sifariş verən şəxsin adını çəkib. O şəxs Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukov imiş.

Rauf Araşukovu ömürlük həbs gözləyir.

Fəridə Abdulla

AzNews.az