Cambulat Umarov Azərbaycan rəsmilərinin mövqeyinə dəstək nümayiş etdirib. Cambulat Umarov Azərbaycan rəsmilərinin mövqeyinə dəstək nümayiş etdirib.

Çeçen nazir: Baş vermiş hadisəyə görə təəssüflənirəm - VİDEO

Cambulat Umarov Azərbaycan rəsmilərinin mövqeyinə dəstək nümayiş etdirib.

Fevralın 15-də Moskvadakı “Neolit” kafesində azərbaycanlılar və çeçenlər arasında baş vermiş insident hər iki dövlətin rəsmilərini narahat edib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov insidenti adi məişət zəminində baş vermiş kriminal hadisə kimi dəyərləndirib və deyib ki, belə hallar Azərbaycan və çeçen xalqları arasında tarixən mövcud olan dostluq və qardaşlıq əlaqələrinə xələl gətirə bilməz.

Çeçenistanın mətbuat və informasiya naziri Cambulat Umarov Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlamasına cavab verib.

O, sosial şəbəkədə yaydığı videogörüntülərdə baş vermiş hadisəyə görə təəssüfünü ifadə edib və Azərbaycan rəsmilərinin mövqeyinə dəstək nümayiş etdirib.

Cambulat Umarov bildirib ki, Çeçenistan rəhbərliyi Moskvada baş vermiş bu hadisə haqqında məlumatlıdır, hazırda münaqişənin təfərrüatlarını aydınlaşdırlır və davanın səbəbkarlarını axtarır. (BAKU.WS)


AzNews.az