"Ümid edirəm ki, Zelenski ölkənin daxili siyasətini rusofobiya üzərində qurmayacaq" - Putin

Putin “Mir” telekanalına müsahibə verib

“Rusiya-Ukrayna münasibətlərinin bərpası qaçınılmazdır”.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin “Mir” telekanalına müsahibəsində deyib.

O, yeni Ukrayna hökumətinin Moskva ilə Kiyev arasında mövcud olan soyuq münasibətlərin yaxşılaşması üçün çalışacağını bildirib.

"Bizim siyasi isteblişmentlə, keçmişin siyasi elitaları ilə, Ukrayna xalqının hesabına toplanmış sərvəti xaricdə saxlayan şəxslərlə hansı münasibətimizin olmasının fərqi yoxdur. İnanıram ki, yeni hökumət bunlara fikir verməyəcək, özünü sərbəst aparacaq və həm Ukrayna ilə Rusiya arasında münasibətlərin bərpası, həm də daxili problemlərin həlli üçün fəal işlər görəcək”.

Putin ümid edib ki, Ukraynanın yeni rəhbərliyi (Zelenski nəzərdə tutulur) ölkənin daxili siyasətini rusofobiya üzərində qurmayacaq və problemləri həll etməyə çalışacaq.

Pərvanə Ağazadə

AzNews.az