İdman ustasının ölüm səbəbi hələ dəqiqləşdirilməyib İdman ustasının ölüm səbəbi hələ dəqiqləşdirilməyib

Tanınmış cüdoçu qətlə yetirildi - "Arzusu Rusiya çempionu olmaq idi"

İdman ustasının ölüm səbəbi hələ dəqiqləşdirilməyib

Rusiyalı cüdoçu Yevgeni Kuşnir Tolyatti şəhərində öldürülüb.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı TLTgorod nəşri öz mənbələrinə istinadən yayıb.

Mənbə idmançının ya güllələndiyini, ya da atışma zamanı bıçaqlandığını yazır.

Dünən "Vkontakte" sosial şəbəkəsində 27 yaşlı cüdoçu Yevgeni Kuşnirin ölümü barədə ilk məlumatı cüdo üzrə Tolyatti Federasiyası yayıb.

İdman ustasının ölüm səbəbi hələ dəqiqləşdirilməyib.

“TLTgorod”un həmsöhbətlərinin sözlərinə görə, dünən Kuşnir bir dostu ilə Larina küçəsində razborkada iştirak edib. Elə həmin olay zamanı da cüdoçu həlak olub.

Nəşrin mənbələrindən biri iddia edir ki, ölüm travmatik tapançadan onun başına açılan güllədən sonra baş verib, digər mənbə isə onun bıçaq yarasından öldüyünü deyir.

"Hadisədən sonra biz həmin ərazidə olduq, meyiti də gördük. Onun güllə ilə öldürülməsi xəbəri yalandır", - deyə 63.ru saytına Cüdo Federasiyasının Samara vilayəti üzrə vitse-prezidenti Pavel Zavyalov bildirib.

O əlavə edib ki, Kuşnir sakit oğlan idi, köhnə "Jiquli" avtomobili sürürdü, razborkalarda iştirak etmirdi. Arzusu Rusiya çempionu olmaq idi. Buna görə də çox məşq edirdi.

Babək Göyüş

AzNews.az