Pilotların ailələri 1 milyon rubl ödəniş alacaq Pilotların ailələri 1 milyon rubl ödəniş alacaq

An-24-də həlak olanların adları açıqlandı

Pilotların ailələri 1 milyon rubl ödəniş alacaq

Rusiyanın “Anqara" aviaşirkətinə məxsus olan və Nijneanqarsk şəhərində qəzaya dünən An–24 sərnişin təyyarəsində həlak olanların adları dərc edilib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı RİA "Novosti" agentliyi yayıb.

Qəza zamanı iki ekipaj üzvü həlak olub: Pilot Vladimir Kolomin və texnik Oleq Bardanov.

Ümumrusiya Sığortaçılar İttifaqından bildirilib ki, An-24 təyyarəsinin Buryatiyada qəzalı enişində həlak olan pilotların ailələri 1 milyon rubl ödəniş alacaqlar.

Daha əvvəl bildirilmişdi ki, An-24 qəzasında yaralananların sayı 22-yə çatıb.

İlkin məlumatlara görə, layner Ulan-Udeyə yola düşüb və havada olarkən mühərriklərdən biri xarab olub. Hava gəmisi endikdən sonra uçuş-enmə zolağından kənara çıxıb, qurğulardan birinə çırpılıb və yanmağa başlayıb.

Babək Göyüş

AzNews.az