Qız birdən-birə titrəməyə başlayıb və ağzından köpük çıxıb Qız birdən-birə titrəməyə başlayıb və ağzından köpük çıxıb

Moskvalı qız masaj kreslosunda öldü

Qız birdən-birə titrəməyə başlayıb və ağzından köpük çıxıb

Moskva Tibb Mərkəzində üz masajı zamanı 30 yaşlı Elina Babiçeva vəfat edib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

"Üz və bədən sahəsində yoxlama zamanı tibbi iynənin deşiklərinə bənzər çoxsaylı nöqtə yaraları aşkar edilmişdir", - deyə Rusiya İstintaq Komitəsinin Moskva üzrə nümayəndəsi Yuliya İvanova bildirib.

Masaj edən kosmetoloq deyib ki, müştəriyə başqa prosedurlar edilməyib:

"Masaj masasında qız birdən-birə titrəməyə başlayıb və ağzından köpük çıxıb".

Səhiyyə işçisinin sözlərinə görə, o, bir neçə dəqiqə ərzində vəfat edib.

Hadisənin faktına görə yoxlama başlayıb. Ölümün səbəbini müəyyən etmək üçün Məhkəmə-Tibbi Ekspertiza təyin edilib.

Babək Göyüş

AzNews.az