• Rusiya
  • 26 İyul 2019 16:11
  •  1 950

2024-cü ildə Putinin hakimiyyətdə qalması üçün hansı variantları var? - Bloomberg

Putin hakimiyyətinin saxlanılması üçün üçüncü ssenari Rusiya prezidentinin səlahiyyətlərinin azaldılmasıŞ parlamentin səlahiyyətlərinin çıxaldılması və Putinin baş nazir vəzifəsinə təyin edilməsidir

Elə görünə bilər ki, bu günə qədər prezident Vladimir Putinin 2024-cü ildən sonra hakimiyyəti saxlaya bilib-bilməyəcəyi məsələsi Rusiyanın siyasəti üçün əsasdır. Doğrudur, Putinin Konstitusiya çərçivəsindən kənarda hakimiyyətin müddətinin uzadılmasının məqbul variantları artıq qalmayıb.

AzNews.az inosmi.ru-ya istinadən xəbər verir ki, bu haqda məlumatı ABŞ-ın Bloomberg nəşrində Leonid Berşidski yazıb.

Mənbə sual verir: doğrudanmı, ən yüksək səviyyədə real siyasi rəqabət olacaq?

Əlbəttə ki, Rusiyada Konstitusiya məhdudiyyətləri başqa ölkələrdə olduğu kimi deyil. Kreml Rusiya parlamentinə o qədər nəzarət edir ki, bu, istənilən an Konstitusiyanı dəyişməyə və Putini ömürlük prezident etməyə imkan verir. Amma bu “son variant" Putin üçün son dərəcə arzuolunmazdır və qəbuledilməzdir.

Putin prezidentlik müddətinin birbaşa uzadılması ssenarisini dəfələrlə və açıq şəkildə rədd edib. Bu da ona Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin yolu ilə getməsinə mane olur. Nazarbayev mart ayında prezident vəzifəsindən istefa verərək, "millətin ömürlük lideri" oldu. Nazarbayevin varisi Kasım-Jomart Tokayev iyunda böyük səs çoxluğu ilə prezident seçildi.

Daha bir variant isə daha kiçik dövlətin daha böyük dövlətdən iqtisadi asılılığından istifadə edərək Rusiyanın qonşu Belarusla birləşməsinə nail olmaqdır. Bu cür manevr sayəsində Putin Birləşmiş dövlətə rəhbərlik edə bilərdi. Rusiya ilə Belarus arasında 20 il bundan əvvəl imzalanmış və iki ölkəni vahid valyuta, vahid bayraq ilə ittifaq dövləti yaratmağa çalışmağa məcbur edən ittifaq müqaviləsi birləşmək üçün hüquqi əsas olardı. Kremlin lazımi rıçaqları isə Belarusun (hələlik Aleksandr Lukaşenko ölkəni idarə edir) pula daimi ehtiyacının olmasıdır.

Amma məlum olub ki, Lukaşenko birləşmə ideyasına müqavimət göstərir. Ola bilsin ki, Lukaşenko aprel ayında Belarus vasitəsilə boru kəməri sistemi ilə Avropaya daxil olan Rusiya neftinin gözlənilmədən orqanik xloridlərin anomal şəkildə yüksək səviyyədə saxlanıldığını, onun ixracının dayandırılmalı olduğunu nümayiş etdirirdi. Onda Rusiya maliyyə itkilərini minimuma endirmək və bu yöndəmsiz vəziyyəti düzəltmək üçün təcili tədbirlər görmək məcburiyyətində qaldı. Təsadüfi deyil ki, bundan sonra Lukaşenkoya təzyiqlər bir qədər zəifləyib.

Ötən həftə Putin Lukaşenkonu özü ilə qədim rus monastırı olan Valaama apardı. Gizli məqsədi şüurlara çatdırmaq istəyirdi ki, rus, belarus və ukraynalılar əslində eyni millətdir. Rusiya prezidenti bu əqidəni tez-tez ifadə edir. V. Lukaşenko, adətən, Putindən fərqli olaraq, dinə bağlılığını nümayiş etdirmir. Görüşdən sonra heç bir nəzərəçarpacaq irəliləyiş qeydə alınmadı. Lukaşenko Rusiyadan iqtisadi imtiyazlar əldə etməkdə israrlıdır və bu, qeyri-müəyyən müddətə birləşmək barədə diskussiyanı inkar edir.

Putin hakimiyyətinin saxlanılması üçün üçüncü ssenari Rusiya prezidentinin səlahiyyətlərinin azaldılması, parlamentin səlahiyyətlərinin çıxaldılması və Putinin baş nazir vəzifəsinə təyin edilməsidir. Bu ayın əvvəlində Bloomberg xəbər agentliyi belə bir konstitusiya islahatının hazırlıq mərhələsində ola biləcəyini bildirdi.

Hətta parlament islahatı aparılsa belə, hakimiyyətin prezidentdən baş nazirə verilməsi prosesi baş tutmayacaq. Bloomberg bu versiyanı dərc etdikdən bir neçə gün sonra parlamentin spikeri Vyaçeslav Volodin Konstitusiyada məqsədəuyğun dəyişikliklərin olması ilə bağlı bir məqalə dərc edib. O, Putinin öz səlahiyyətlərini başqa vəzifədə saxlaya bilməsi üçün parlamentin səlahiyyətlərini artırmaq təklifini edib.

Volodin təkcə baş nazirin təyinatında deyil, hökumətin formalaşmasında da Dövlət Dumasının rolunu artırmağı məqsədəuyğun hesab edib. Bu ideyanı o, artıq apreldə səsləndirib. Bu isə Nazirlər Kabinetinin formalaşmasında və güclü prezidentlə güclü parlament arasında məsləhətləşmələr prosesinin qurulmasında baş nazirin rolunu faktiki olaraq zəiflədəcəkdi. İnformasiyaya malik Volodinin Kremlin "adamı" statusunu nəzərə alsaq, məqalə Putin üçün "parlament" ssenarisinin, əslində, nəzərdən keçirilmədiyini göstərir.

Bunun da yaxşı səbəbləri var. Son aylar regional seçkilərdə öz namizədlərini irəli sürməkdə Kreml çətinlik çəkir. Ötən ilin sonlarında üç regionda qubernator seçkilərində Moskvanın təsdiq etmədiyi namizədlər qalib gəldi. Dördüncü halda səsvermə nəticələrinin kütləvi şəkildə saxtalaşdırılması ilə bağlı etirazların başlanmasından sonra Kreml öz namizədini əvəz etməli və seçkini yenidən keçirməli oldu. "Yedinaya Rossiya" hakim partiyaya mənsub olmaq indi üstünlük vermir, əksinə, biabırçılığa gətirib çıxarır. Hətta Kremlə yaxın sosioloqların sözlərinə görə, partiyanın dəstəyi 35% səviyyəsinə düşüb. Sentyabrda nəzərdə tutulan Moskva Dövlət Dumasına seçkidə namizədlər müstəqil namizəd kimi irəli sürülür: Rusiyanın nisbətən liberal paytaxtında namizədin adı ilə yanaşı, seçki bülletenində göstərilən "Vahid Rusiya" partiyasının adı çox güman ki, məğlubiyyətə səbəb olacaq.

Parlamentin Putinin hakimiyyət dəstəyinə çevrilməsi üçün "Vahid Rusiya"nın uğurlarının canlandırılması lazım gələcək. Lakin bunun üçün Kreml Rusiya vilayətlərindəki yüzlərlə dairədə səsverməni idarə etməlidir.

Buna görə də dördüncü ssenari — Putinin 2008-ci ildə etibarlı müttəfiqi Dmitri Medvedevin prezidentliyə namizədliyini irəli sürməsi, Baş nazir postunu tutması, Konstitusiyanın tələb etdiyi kimi, bir prezidentlik müddətini gözləməsi üçün etdiyi variant qalır.

Doğrudur, fərq var: 2019-cu ildə Rusiyanın aşağı iqtisadi göstəriciləri və nəzarətsiz hüquq-mühafizə orqanları ilə artan problemləri ilə zəifləyən gənc Putinə 2008-ci ildə Medvedevə etibar etdiyi qədər etibar etmək çətin olacaq.

İstisna deyil ki, etibarlı üsul olmadıqda, Putin beş ildən sonra hakimiyyətdə qalma müddətini bir qədər də qanuni şəkildə uzatsa, son nəticədə, Nazarbayev üslubunda hakimiyyətin "köçürülməsinə" etiraz etməyəcək. Əgər bunu etməsə, Rusiya 1996-cı ildən bəri ilk dəfə olaraq ən yüksək səviyyədə real siyasi rəqabətin şahidi ola bilər.

Bu maraqlı perspektivdir — ən azı ona görə ki, korrupsiya və ədalətsizliyə qarşı xalqın etirazı (məsələn, yaşayış rayonlarının yaxınlığında böyük zibilliklərə qarşı artan hərəkət) Kremlin köhnə qvardiyasını yeni qaydalar əsasında oynamağa məcbur edə biləcək yeni liderlərin yaranmasına gətirib çıxara bilər.

Babək Göyüş

AzNews.az