Hər iki ölkənin nazirləri saziş imzalayıb Hər iki ölkənin nazirləri saziş imzalayıb

Rusiya ilə Türkiyə dollardan imtina etdi - 2 ölkə arasında ödəniş yerli valyuta ilə olacaq

Hər iki ölkənin nazirləri saziş imzalayıb

Rusiya və Türkiyə arasında yerli valyutadan istifadə barədə razılaşma imzalanıb.

AzNews.az xəbər verir ki, məlumat Rusiyanın Maliyyə Nazirliyinin rəsmi səhifəsində dərc olunub.

Açıqlamada müqavilənin Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakla Rusiyanın maliyyə naziri Anton Siluanov tərəfindən imzalandığı deyilir.

Sazişə əsasən bundan sonra iki ölkə arasında ödənişlərdə və razılaşmalarda rus rublu və türk lirəsindən istifadə olunacaq.

Müqavilə iki ölkə arasındakı hesablamalarda yerli valyutadan istifadənin məqsədəuyğunluğunu artırmağı nəzərdə tutur.

Pərvanə

AzNews.az