Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib

Putinlə Zelenski Parisdə görüşə bilərlər

Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib

Parisdə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş baş tuta bilər.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

O bildirib ki, dekabrda Parisdə keçirilməsi nəzərdə tutulan "Normandiya formatı"nda görüş çərçivəsində Vladimir Putin və Vladimir Zelenski arasında ayrıca görüş ola bilər.

Qeyd edək ki, dekabrın 9-da Parisdə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı "Normandiya formatı"nda dövlət başçılarının görüşü planlaşdırılır.(apa.az)

AzNews.az