"Azərbaycanla Rusiya arasındakı mədəni və tarixi əlaqələr bir-biri sıx bağlıdır" "Azərbaycanla Rusiya arasındakı mədəni və tarixi əlaqələr bir-biri sıx bağlıdır"

Mixail Qusman Azərbaycan Prezidentinə təşəkkür edib

"Azərbaycanla Rusiya arasındakı mədəni və tarixi əlaqələr bir-biri sıx bağlıdır"

"TASS" Agentliyinin direktor müavini Mixail Qusman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.

Bu barədə M.Qusman jurnalistlərə açıqlamasında deyib.

"Mən sevinirəm ki, Bakı-Moskva mədəniyyət dialoqu məhz mənim ad günümə təsadüf edir. Ümumiyyətlə Azərbaycanın Prezidentinə və Birinci vitse-prezidentə bu tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşəkkür edirəm", - deyə o bildirib.

M. Qusman konfransın ikitərəfli humanitar münasibətlərin inkişafı nöqteyi-nəzərindən vacib olduğunu vurğulayıb:

"Doğrusu, müasir Azərbaycan tarixində Rusiyadan bu qədər ictimaiyyət və mədəniyyət xaidmlərinin iştirak etdiyi tədbirin keçirildiyini xatırlamıram. Bu bir daha göstərir ki, Azərbaycanla Rusiya arasındakı mədəni və tarixi əlaqələr bir-biri sıx bağlıdır". (APA)

AzNews.az