Ümumilikdə 31 min 916 pasiyent isə sağalaraq evinə buraxılıb Ümumilikdə 31 min 916 pasiyent isə sağalaraq evinə buraxılıb

Rusiyada koronavirusa yoluxanların sayı 200 minə çatır

Ümumilikdə 31 min 916 pasiyent isə sağalaraq evinə buraxılıb

Rusiyada son sutka ərzində daha 10 min 817 nəfərdə koronavirusa yoluxma faktının aşkarlanması ilə yoluxanların ümumi sayı 198 min 676-ya çatıb.

AzNews.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin koronavirusla mübarizə üzrə operativ qərargahının internet saytında açıqlama verilib.

Ötən gün ərzində xəstəlik səbəbindən daha 104 nəfərin həyatını itirməsi ilə ölüm hallarının sayı 1 827-yə çatıb. Ümumilikdə 31 min 916 pasiyent isə sağalaraq evinə buraxılıb.

Qeyd edək ki, dünyada 4 milyon 26 min 838 nəfər COVID-19-a yoluxub, 276 min 373 nəfər vəfat edib. 1 milyon 393 min 117 nəfər sağalıb.