Peyvəndlənmə kampaniyasına ilkin növbədə risk qrupuna aid insanlar cəlb olunacaq Peyvəndlənmə kampaniyasına ilkin növbədə risk qrupuna aid insanlar cəlb olunacaq

Moskvada peyvəndlənmə avqustda başlaya bilər

Peyvəndlənmə kampaniyasına ilkin növbədə risk qrupuna aid insanlar cəlb olunacaq

Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusa qarşı əhalinin peyvəndlənməsi bu ilin avqust ayında başlaya bilər.

AzNews.az “Moskva” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının üzvü və akademik Yuri Belenkov onlayn konfrans zamanı açıqlama verib.

“Demək olar bütün məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq, gördüm ki, vətəndaşlarımızın təxminən 60%-i maska ​​taxmır. Bu məhdudiyyətlərin ləğvi maska və məsafə qaydalarına aid deyil. Maskalar hələ də orada taxılmalıdır. Düşünürəm ki, ən optimal variant olaraq maska ​​rejimi peyvənd kampaniyası başlayana qədər saxlanılmalıdır. Peyvəndlənmə isə yəqin ki avqust ayında başlayacaq”.

Onun sözlərinə görə, peyvəndlənmə kampaniyasına ilkin növbədə risk qrupuna aid insanlar cəlb olunacaq:

“Bəli, şübhəsiz ki, peyvəndlənməyə risk qruplarından başlanacaq. Bura həkimlər, sosial işçilər və fövqəladə hallarda işləyən əməkdaşlar daxildir. Növbəti mərhələdə xroniki xəstəlikləri olan insanlar və 65 yaşdan yuxarı insanlar peyvəndlənəcək. Daha sonra isə bu işin necə getdiyinə baxacayıq”.

Xatırladaq ki, bir müddət əvvəl Moskva şəhərinin meri Sergey Sobyanin peyvəndlərin ilk dəstəsinin payızda əldə olunacağını bildirmişdi. Onun sözlərinə görə, hazırda Rusiyada 3 fərqli peyvənd hazırlanır.