Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qələbə Paradında iştirakla bağlı Ukrayna Prezidentinə dəvətnamə göndərilməyib Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qələbə Paradında iştirakla bağlı Ukrayna Prezidentinə dəvətnamə göndərilməyib

Zelenskinin Qələbə Paradına dəvət edilməməsinin səbəbi açıqlandı

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qələbə Paradında iştirakla bağlı Ukrayna Prezidentinə dəvətnamə göndərilməyib

Ukrayna Prezidenti Vladimir Zelenskinin iyunun 24-də İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar Moskvada keçiriləcək parada dəvət edilməməsinin səbəbi açıqlanıb.

AzNews.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Qələbə Paradında iştirakla bağlı Ukrayna Prezidentinə dəvətnamə göndərilməyib.

O qeyd edib ki, Kiyev Qələbə gününün sevincini bölüşmək istəyini bildirməyib.

D. Peskov onu da vurğulayıb ki, Ukrayna de-fakto və de-yure MDB-nin üzvü deyil.

Xatırladaq ki, bu il Rusiyada mayın 9-da keçirilməsi nəzərdə tutulmuş hərbi parad koronavirusla bağlı vəziyyətə görə təxirə salınıb. Lakin Rusiya Prezidenti Vladimir Putin iyunun 24-də İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü ilə əlaqədar hərbi paradların keçirilməsi və atəşfəşanlıq haqqında sərəncam imzalayıb.