- Rusiya və İran
- 5 İyul 2020 12:10
- 5 633
Rusiyada rəsmilər anomal istilər barədə xəbərdarlıq etdi
5-7 iyul tarixlərində havanın istiliyi müsbət 40 dərəcəyə qədər yüksələcək
Rusiyada hidrometeoroloqlar anomal istilər barədə xəbərdarlıq edib.
AzNews.az “RİA Novosti”yə istinadla bildirir ki, Saratov vilayətində, 5-7 iyul tarixlərində havanın istiliyi müsbət 40 dərəcəyə qədər yüksələcək.
Rostov (40-41 dərəcə), Həştərxan (40-42 dərəcə), Kalmıkiya (42-43 dərəcə) bölgələrində də isti hava gözlənilir.
Meteoroloji proqnozda o da deyilir ki, Başqırdıstan, Cənubi və Şimali Qafqaz Federal Dairələrində, Çelyabinsk, Kurqan, Kemerovo Bölgələrində, Altay diyarında, Krasnoyarsk diyarında, Çukotka Muxtar Dairəsində yüksək temperatura görə, yanğın təhlükəsi gözlənilir.