- Rusiya və İran
- 27 İyul 2020 15:30
- 5 199
Moskvada terror aktının qarşısı alınıb
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva vilayətinin Ximki şəhərində paytaxt Moskvada vətəndaşları kütləvi şəkildə güllələməyə və Suriyada terrorçuların sıralarına qoşulmağa hazırlaşan terrorçunu zərərsizləşdirib
Bu barədə FTX-nin mətbuat xidmətindən bildiriblər.
Qeyd olunub ki, güc strukturları nümayəndələri Ximkidə tərk edilmiş qarajlar olan ərazidə şübhəli şəxs aşkar ediblər.
O, saxlanılacağını və sorğu-sual ediləcəyini anlayınca qarşı tərəf atəş açıb. Cavab atəşi ilə silahlı məhv edilib. Şəxsin üzərində baxış keçirilərkən avtomat silah və qumbara aşkar olunub.
Cinayətkarın Mərkəzi Asiya ölkələrindən birinin vətəndaşı olduğu ortaya çıxıb. Onun Moskvada kirayədə yaşadığı evdə suriyalı terrorçularla əlaqəli olduğunu və terror hücumu hazırladığını sübut edən sənədlər tapılıb. (Report)
AzNews.az