Bu barədə isə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib Bu barədə isə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib

İlk vaksin qeydiyyatdan keçib - Putin açıqladı + VİDEO

Bu barədə isə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd qeydiyyatdan keçib.

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.

Bu peyvəndin nəticələri yüksək effektivlik göstərib. Bu barədə isə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.

O, peyvənd olunan bütün könüllülərdə COVID-19-a qarşı yüksək titrli antitel formalaşdığını qeyd edib.

“Bununla yanaşı, onların heç birində immun sisteminin ciddi fəsadları qeydə alınmayıb”, - deyə, rusiyalı nazir vurğulayıb.

Qeyd edək ki, dünyada ilk dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd Rusiyada qeydiyyatdan keçib. İnyeksiya üçün maye halında olan peyvənd Hamaley adına Mərkəz tərəfindən işlənib hazırlanıb.