• Rusiya
  • 28 Dekabr 2020 13:26
  •  304

Peskovdan Rusiya-Türkiyə münasibətləri ilə bağlı açıqlama

Rusiya ilə Türkiyə arasında çoxsaylı ikitərəfli əlaqələrimiz var

“Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləri və konstruktiv yanaşmaları mübahisəli vəziyyətlərdə harmonik həll yolları tapmağa imkan verir”.

AzNews.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rusiya-1” telekanalında “Moskva. Kreml. Putin” verilişinə verdiyi müsahibəsində deyib.

“Əlavə olaraq, əlbəttə ki, bizim Rusiya ilə Türkiyə arasında çoxsaylı ikitərəfli əlaqələrimiz var. Və bu çərçivədə hər iki dövlət bir-birlərini söz sahibi və iş adamı hesab edən liderlər tərəfindən idarə olunduqda, fikir ayrılıqları ortaya çıxsa və ya bir yerdə maraqlar toqquşması baş versə də, liderlərin konstruktiv münasibəti onların vəziyyətdən ahəngdar şəkildə çıxmalarına imkan verəcək”,- deyə Peskov qeyd edib.

Peskov Rusiya ilə Türkiyənin bölgədəki təhlükəsizlik və stabilliyə əhəmiyyətli töhvə verə biləcək və verməli olan ən böyük geosiyasi oyunçular olduğunu da sözlərinə əlavə edib.