• Rusiya
  • 1 Yanvar 2021 21:09
  •  1 801

Rusiyada məktəblərdə siqaret çəkmək qadağan edildi

Qərar 31 dekabr 2026-cı il tarixinədək qüvvədə olacaq

Rusiyada satış nöqtələri tibb və təhsil müəssisələri ərazilərində siqaret çəkmək qadağası qüvvəyə minib.

AzNews.az RİA Novosti-yə istinadən xəbər verir ki, qərara əsasən, anbar, baza, taxıl qəbulu məntəqələri, biçin sahələri, səhiyyə müəssisələri, təhsil, nəqliyyat, ticarət, mədən, yanacaq qazlarının emalı və saxlanması, bütün növ partlayıcı maddələrin istehsal sahələrində siqaret çəkmək qadağan edilib.

Siqaret çəkmək üçün xüsusi olaraq ayrılmış yerlərdə “siqaret çəkilən ərazi” işarəsi vurulacaqdır.

Qərar 31 dekabr 2026-cı il tarixinədək qüvvədə olacaq.