• Rusiya
  • 17 Yanvar 09:01
  •  2 267

Rusiyada koronavirusun 1500 mutasiyası tapılıb

Rusiyada son sutkada 24,715 virusa yoluxub

"Rusiyada koronavirus mutasiyasının təxminən 1500 növünü müəyyən etmişik"

AzNews.az Rus mətbuatına istinadən xəbər verir ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçı Qoruma Agentliyinin prezidenti Anna Popova bu iddia ilə çıxış edib.

"Mutasiya tamamilə təbii bir prosesdir, viruslar başqa cür yaşaya bilməz və bütün dəyişiklikləri öyrənirlər. Bütün mutasiyaları görürük. Vektor İnstitutumuz çalışır, Rusiyada görülən bütün virusları araşdırır, genom ardıcıllığı təhlili aparır və digər institutlar bunu analiz etməyə çalışır”, - deyə Popova bildirib.

Qeyd edək ki, Rusiyada son sutkada 24,715 virusa yoluxub. Yoluxma sayı 3 milyonu ötüb.