Çoxuşaqlı ailələr, eləcə də aztəminatlı ailələr bayram münasibəti ilə təbrik edilib Çoxuşaqlı ailələr, eləcə də aztəminatlı ailələr bayram münasibəti ilə təbrik edilib

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə Novruz xeyriyyə aksiyası keçirilib - FOTO

Çoxuşaqlı ailələr, eləcə də aztəminatlı ailələr bayram münasibəti ilə təbrik edilib

Moskvada “Hər evdə bayramın dadı” xeyriyyə aksiyası keçirilib.

AzNews.az xəbər verir ki, Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən aksiya Novruz bayramına həsr olunub.

Aksiya çərçivəsində Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları və könüllüləri veteranları, çox uşaqlı ailələri, eləcə də aztəminatlı ailələri bayram münasibəti ilə təbrik ediblər. Onlara Azərbaycanın milli şirniyyatları və Novruz bayramının bütün milli atributlarından ibarət bayram hədiyyəsi bağlaması təqdim olunub.(Apa)