"Rusiya ilə Türkiyə arasında hava əlaqəsi kəsilsin" "Rusiya ilə Türkiyə arasında hava əlaqəsi kəsilsin"

Jirinovski ağzını yenə dağıtdı

"Rusiya ilə Türkiyə arasında hava əlaqəsi kəsilsin"

Rusiyanın Liberal Demokratlar Partiyasının sədri Vladimir Jirinovski ölkəsinin Türkiyə ilə hava əlaqəsinin kəsilməsini təklif edib.

Modern.az xəbər verir ki, bu barədə siyasətçi özünün “Telegram” səhifəsində yazıb. Deputat bu addımı Türkiyədəki pandemik vəziyyətlə əsaslandırıb.

O, bildirib ki, əgər bu barədə qərar qəbul edilməzsə, Türkiyədən geri qayıdan turistlər Rusiyada da yoluxma sayının artmasına səbəb olacaqlar.