Vladimir Jirinovski: “Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır”

"Faşistlərlə əməkdaşlıq edən kim olur olsun, ona ancaq mənfi münasibət olmalıdır”, deyə rusiyalı siyasətçi vurğulayıb

“Qaragin Njdenin faşist cəlladı və birbaşa nasist Almaniyası ilə işbirliyində olması ilə bağlı sübut varsa, əlbəttə ki, ona abidə qoyulmamalıdır”.

Bunu APA-ya açıqlamasında Xocavəndin Rusiya sülhməramlılarının nəzarətində olan hissəsində və İrəvanda erməni faşist Qaregin Njdenin abidəsinin olmasına münasibət bildirən Rusiya Dövlət Dumasının Liberal-demokrat fraksiyasının lideri Vladimir Jirinovski bildirib.

O, faşistlərə abidələrin ucaldılmasının Rusiyanın acığına edildiyini söyləyib: “Təəssüflər olsun ki, abidələr qoyulur. Rusların, Moskvanın acığına Njde kimi faşistlərə abidələr ucaldılır. Faşistlərlə, cəlladlarla, terrorçularla əməkdaşlıq edənlərə abidə qoyulması yolverilməzdir. Əgər Njde ermənilərin Vlasovudursa, biz buna qarşıyıq. Faşistlərlə əməkdaşlıq edən kim olur olsun, ona ancaq mənfi münasibət olmalıdır”, deyə rusiyalı siyasətçi vurğulayıb.

AzNews.az