Bu barədə Kreml məlumat yayıb Bu barədə Kreml məlumat yayıb

Putin müsəlmanları təbrik etdi

Bu barədə Kreml məlumat yayıb

Rusiya Prezidenti Vladimir Putin müsəlmanları təbrik edib.

AzNews.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya lideri müsəlman cəmiyyətlərin ölkə həyatına töhfələrindən söz açıb.

“Müqəddəs Ramazan ayı başa çatdı. Rusiyadakı müsəlmanlar uzun müddətdir gözlədikləri bu bayramı xoşbəxtliklə qarşılayırlar.

Ramazan bayramı əsrlərdir yaxşı işlər görmək, möhtac olanlara kömək göstərməklə qeyd olunur.

Rusiyadakı müsəlmanlar ata-babalarının adət-ənənələrini nəsildən-nəsilə ötürərək qoruyurlar. Müsəlman cəmiyyətlər ölkə həyatına aktiv şəkildə qatılır, dövlət və cəmiyyətlər arasındakı əməkdaşlıq güclənir”, - o bildirib.