• Rusiya
  • 2 İyul 19:06
  •  4 112

Rusiya və Aİ Qarabağdakı vəziyyəti müzakirə edib

Rusiya XİN məlumat verir

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko və Avropa Xarici Siyasət Xidməti baş katibinin siyasi məsələlər üzrə müavini Enrike Moro Qarabağdakı vəziyyəti müzakirə edib.

Aznews.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat verir.

Qeyd olunub ki, görüş zamanı MDB məkanında vəziyyət, o cümlədən Qarabağ tənzimlənməsi məsələsi və Cənubi Qafqazda təhlükəsizlik üzrə beynəlxalq Cenevrə müzakirələrinin gedişatı müzakirə olunub.