Tərəflər regionda kommunikasiyaların açılmasını və digər məsələləri müzakirə ediblər Tərəflər regionda kommunikasiyaların açılmasını və digər məsələləri müzakirə ediblər

Putin və Paşinyan telefonla danışdı

Tərəflər regionda kommunikasiyaların açılmasını və digər məsələləri müzakirə ediblər

Aznews.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında telefon danışığı olub.

TASS-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər regiondakı vəziyyəti, 2020-ci il noyabrın 9-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli razılaşmaların icrasını, o cümlədən regionda kommunikasiyaların açılmasını və digər məsələləri müzakirə ediblər.