Kremlin mətbuat xidməti məlumat verib Kremlin mətbuat xidməti məlumat verib

Putin TŞ-nın iclasında sərhəddəki vəziyyəti müzakirə ETDİ

Kremlin mətbuat xidməti məlumat verib

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib.

Aznews.az xəbər verir ki, bu barədə Kremlin saytında məlumat verilib.

"Görüşdə ilk olaraq Rusiyanın sosial-iqtisadi inkişafının aktual məsələləri müzakirə olunub. Bundan əlavə, beynəlxalq gündəmin aktual məsələlərinə toxunulub, o cümlədən Əfqanıstandakı vəziyyət, eləcə də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub", - Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.