"Rusiya Prezidenti Vladimir Putin erməni baş nazirini "xalça üzərinə" çağırıb" "Rusiya Prezidenti Vladimir Putin erməni baş nazirini "xalça üzərinə" çağırıb"

Kremldə Paşinyanın qollarını burdular - Kuznetsov

"Rusiya Prezidenti Vladimir Putin erməni baş nazirini "xalça üzərinə" çağırıb"

Zəngəzur nəqliyyat dəhlizinin açılmasına daha çox siyasi marağı Azərbaycan və Ermənistan deyil, məhz Rusiya göstərir.

Aznews.az xəbər verir ki, bu sözləri rusiyalı tarixi, hərbi ekspert Oleq Kuznetsov deyib.

"Rusiya Prezidenti Vladimir Putin erməni baş nazirini "xalça üzərinə" çağırıb. Moskvada başa düşürlər ki, Zəngəzur nəqliyyat dəhlizi nə qədər gec açılarsa, Rusiyanın regiona təsiri bir o qədər azalacaq. Bu səbəbdən Nikolu bir az sıxmaq lazım idi. Üstəlik, Rusiya prezidenti sambo üzrə qara kəmər sahibi olduğundan bunu çox peşəkarlıqla edə bilib. Kremldə Paşinyanın sözün əsl mənasında qollarını burdular", - deyə rusiyalı tarixçi bildirib./Axar.az