“Rusiya ABŞ-ın rus diplomatları ölkədən çıxarmasına mütləq qarşılıq verəcək” “Rusiya ABŞ-ın rus diplomatları ölkədən çıxarmasına mütləq qarşılıq verəcək”

“ABŞ Rusiyada sabitliyi pozmağa çalışır”

“Rusiya ABŞ-ın rus diplomatları ölkədən çıxarmasına mütləq qarşılıq verəcək”

Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov 30 yanvar 2022-ci ildə 27 rusiyalı diplomatın ailələri ilə birlikdə ABŞ-ı tərk edəcəyini açıqlayıb.

AzNews.az xəbər verir ki, məsələyə münasibət bildirən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ rus diplomatların ölkədən çıxarılmasının nəticəsiz qalmayacağını deyib.

Ryabkov söyləyib ki, Rusiya ABŞ-a ölkədəki heyətimizin sayını daha da azaltmaqdan çəkinməsi barədə xəbərdarlıq etsə də, bu nəzərə alınmır.

Ryabkov onu da vurğulayıb ki, ABŞ Rusiyada sabitliyi pozmaq üçün beynəlxalq qeyri-hökumət təşkilatları vasitəsilə xeyli vəsait xərcləyir.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Kalina Porter rus diplomatların mandatları bitdiyi üçün ölkəni tərk etməli olduqlarını, yerinə başqa diplomatların gətirilə biləcəyini deyib.

Xatrıladaq ki, oktyabrın 29-da Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ABŞ-ın daha 55 rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına gəldiyini və diplomatların 2022-ci ildə ABŞ-ı tərk edəcəklərini açıqlayıb.

Şəbnəm Zahir